Ev heyvanı paketi aksesuarlarımız ev heyvanlarınızın rahat və təhlükəsiz şəkildə saxlanılmasını təmin edir, eyni zamanda onların sahibinin avtomobilini qoruyur.
Dayanıqlı Jaguar markalı ayaqaltılar avtomobilinizin xalçaları üçün əlavə mühafizəni təmin edir.
OTURACAQ ÖRTÜKLƏRİ
Jaguar avtomobilinizin üzlüyünü xüsusi dizayn edilmiş yüksək dayanıqlı, suya davamlı oturacaq örtükləri ilə qoruyun.
ARAQATLAR
Bizim geniş çeşidli möhkəm araqatlarımız baqaj bölmənizi çirk və nəmdən qoruyur.
UŞAQ OTURACAQLARI
Ən yüksək sınaq standartlarına uyğun olaraq təsdiqlənmiş oturacaqlarımızla balacalar hər səyahətdə rahat və təhlükəsiz olacaqlar.
must be SABİT YAN PİLLƏ DƏSTİ
Rezin protektor həsiri və mat rəngli paslanmayan polad bəzək salonunuza və damınıza asan girişi təmin edir.
RADİATOR BARMAQLIĞI-KARBON
Jaguar avtomobilinin dinamik imkanlarını heyrətamiz yüksək keyfiyyətli karbondan hazırlanmış ön barmaqlıq haşiyəsi ilə vurğulayır.
GÜZGÜ ÖRTÜKLƏRİ-NOBLE CHROME
Premium sinfinə aid xromdan güzgü örtükləri avtomobilinizin xarici görünüşünün özəlliyini vurğulayır.
PALÇIQ QORUYUCULARI
Marka palçıq qoruyucuları avtomobilinizin xətlərini tamamlayır, sıçratmanı azaldır, avtomobili çirkdən və daş qırıntılarından qoruyur.
DAM RELSLƏRİ
Zərif dizayn edilmiş dam resləri ləvazimatların damda daşınması üçün çarpaz çubuqların asanlıqla quraşdırılmasına şərait yaradır. Əvvəlcədən təyin edilmiş yerləşdirmə nöqtələri çəki paylanması və dinamika üçün çarpaz çubuqların optimal vəziyyətdə sabitlənməsini təmin edir.
DAMDA İDMAN BAQAJI-BÖYÜK
Həcmi 430 litr olan geniş yük tutumu səkkizə qədər xizək və altı snoubordu yerləşdirməyə imkan verir. İnteqrasiya olunmuş tork göstəricili power-click, sürətli quraşdırma sistemi ilə damda təhlükəsiz şəkildə quraşdırmanı təmin edir.
ÇIXARILA BİLƏN FARKOP
Rahat və istifadəsi asan, çıxarıla bilən farkop istifadə edilmədikdə baqaj bölməsinin döşəməsinin altında xüsusi yerləşdirmə sahəsinə yerləşdirilə biləcək şəkildə işlənib hazırlanmışdır.
YEDƏKLƏMƏ ELEKTRONİKASI ÜÇÜN ADAPTER
13 dəlikli rozetkanı tez və asanlıqla 12N-ə çevirin. 13 dəlikli yedəkləmə elektronikası quraşdırılmalıdır. Karavanlar, qoşqular və ya arxaya quraşdırılmış LED lampaları olan işıq lövhələri üçün nəzərdə tutulmamışdır.
JAGUAR E-PACE
20 düymlük yüngül lehimli disklər Stil 5051, 5 Parlaq qara bəzək.
JAGUAR F-TYPE
20 düymlük, Stil 1066, kontrastlı Almazşəkilli kəsim bəzəyi
JAGUAR XE
19 düymlük, Stil 5031, Parlaq Gümüşü kontrastlı Almazşəkilli kəsim
JAGUAR XF
20 düymlük, Stil 5017, Parlaq Qara əlavələrlə atlas qara
Jaguar Land Rover sizə maraqlı ola biləcək məhsul və xidmətləri diqqətinizə çatdırmaq və saytımızı bu istiqamətdə daha da funksional etmək üçün cookie fayllardan istifadə edir. İStifadə etdiyimiz cookie fayllarından biri çox vacibdir və artıq sizə göndərilib. Siz həmin faylı ləğv və ya blok edə bilərsiniz, lakin bu zaman saytda bəzi elementlər dəqiq işləməyə bilər. İstifadə etdiyimiz online reklam və ya cookie fayllar haqqında ətraflı məlumatları bizim Məxfilik Siyasətindən öyrənə bilərsiniz. Bağlayarkən siz bizim siyasətimizə uyğun olaraq cookie fayllarından istifadəyə razılıq vermiş olursunuz. COOKIE SİYASƏTİ.