İstənilən hava şəraitində Jaguarın həyəcanlı performansını təcrübədən keçirin.
Jaguar Qış Təkərləri və Şinləri "Təsdiqlənmiş" statusunu qazanlmaq üçün dünyanın ən sərt soyuq və rütubətli şəraitlərində ekstremal testlərden keçirilir.
Temperatur kəskin düşdükdə belə, təmkinlə və inamla sürün.
Jaguarın Təsdiqlənmiş Qış Şinlərinin 7℃-dən aşağı temperaturlarda əyləc məsafəsini 64 faizə* qədər qısaltdığı sübut edilib.
Qış Şinlərimizin üzərində Avropa İttifaqı qurumları tərəfindən standartlaşdırılmış, nəzarət edilən və təsdiqlənmiş iki keyfiyyət nişanı var: "M+S" (Palçıq + Qar) və "3-Peak Mountain Snowflake" (3 Zirvəli Dağda Qar Dənəciyi və ya 3PMSF) simvolu – əlverişsiz hava şəraitlərində performans standartlarına cavab verdiyini bildirir.
*F-PACE avtomobilinə yay və qış şinləri quraşdırılaraq mərhələli buzlu səthlərdə 60 km/saat sürətlə idarə etmənin müqayisəsinə əsaslanan test nəticələri.