XİDMƏT PLANLARI

XİDMƏT PLANLARI

İnvestisiyanızı qoruyun və Jaguar Xidmət Planı ilə beş il tam əminlikdən zövq alın. Jaguar-ın Təlim keçmiş Texnikləri avtomobiliniz üçün xüsusi texniki qulluq qrafikinə əməl edir.

BİR SABİT QİYMƏT

BİR SABİT QİYMƏT

Səriştəli, müntəzəm xidmətin həyata keçirilməsi fərdi xidmətlər üçün ödənilən məbləğlə müqayisədə xərcləri azaldır və avtomobilinizin qalan dəyərini qoruyub saxlamağa kömək edir.
JAGUAR ŞİRKƏTİNİN TƏLİM KEÇMİŞ EKSPERTLƏRİ

JAGUAR ŞİRKƏTİNİN TƏLİM KEÇMİŞ EKSPERTLƏRİ

Jaguar avtomobilinizin üzərində yalnız xüsusi təyin edilmiş və kvalifikasiyalı texniklər işləyəcəkdir. Onlar ən müasir avadanlıqdan istifadə edir və avtomobilinizi aşiqanə şəkildə əla vəziyyətdə saxlamaq üçün standart prosedurlara əməl edir.
ORİJİNAL EHTİYAT HİSSƏLƏR

ORİJİNAL EHTİYAT HİSSƏLƏR

Biz Xidmət Planınızın bir hissəsi kimi yalnız Jaguar-ın Orijinal Ehtiyat Hissələrini istifadə edirik. Kəskin isti, soyuq və rütubətli şəraitlərdə yoxlanmış hissələr mümkün ən yaxşı performans və stabillik bəxş edir. Bütün işlər Jaguar-ın Orijinal Ehtiyat Hissələrindən istifadə olunmaqla, Jaguar-ın Təlim Keçmiş Texnikləri tərəfindən həyata keçirilir. Hər bir hissəyə 12 aylıq zəmanət verilir.
AVTOMOBİLİN YENİ SAHİBİ İMTİYAZLARINIZDAN FAYDALANIR

AVTOMOBİLİN YENİ SAHİBİ İMTİYAZLARINIZDAN FAYDALANIR

Xidmət Planının vaxtı bitməmişdən öncə avtomobilinizi satsanız, yaxud yeniləşdirsəniz, bütün qalan imtiyazlar avtomobillə birgə onun satış dəyərini artırmaqla yeni sahibinə ötürülür.
GÖRÜLƏCƏK XİDMƏTİ REZERVASİYA EDİN

GÖRÜLƏCƏK XİDMƏTİ REZERVASİYA EDİN

İndi yeni inteqrasiya olunmuş rezervasiya sistemimizdən istifadə edərək Jaguar servis xidməti üçün onlayn sifariş verə bilərsiniz. Sadəcə avtomobilinizin detallarını daxil edin və xidmət seçimlərinizi seçin. Sonra mövcud olanlardan sizə uyğun bir tarix və vaxt seçin Biz rezervasiyanızı e -poçtla təsdiqləyəcəyik.